Ronen Kraus: İsrail terrorla mübarizəni davam etdirəcək

Oxunma vaxtı:25 Saniyə

İsrail terror və ona zərər vurmağa çalışan hər kəsə qarşı mübarizəsini davam etdirəcək.

Bunu İsrailin Azərbaycandakı səfiri Ronen Kraus bu gün Qüdsdə baş verən atışma hadisəsini şərh edərkən bildirib.

“Beş günahsız vətəndaş həlak oldu, çoxlu yaralı var. Yaralılara tez bir zamanda sağalmalarını arzulayırıq. İsrail terrora və ölkəyə zərər vurmağa çalışanlara qarşı mübarizəsini davam etdirəcək. Onlar qalib gəlməyəcəklər”, – diplomat “X” sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, iki fələstinli Qüdsün şimalında sərnişin avtobusuna atəş açıb. Son məlumatlara görə, beş nəfər həlak olub, 20 nəfər xəsarət alıb.

Loading

Next Post

Santuş Azərbaycana təşəkkür etdi

Daha əvvəl xəbər verdiyimiz kimi, AFFA Fernandu Santuşla müqaviləyə xitam verib. Portuqaliyalı mütəxəssis yerli mətbuata verdiyi açıqlamada həm AFFA rəhbərliyinə, həm də Azərbaycan xalqına təşəkkür edib: “AFFA Prezidentinə mənə göstərdiyi hörmət və şəxsi diqqət üçün təşəkkürümü bildirirəm. Azərbaycan xalqına da bu müddətdə göstərdikləri qonaqpərvərliyə və qayğıya görə minnətdaram. Azərbaycan Futbol […]