KİV: İsrail Prezidenti Londonda Böyük Britaniya rəsmiləri ilə görüşəcək

Oxunma vaxtı:23 Saniyə

İsrail Prezidenti İsxak Hersoq bu həftə Londona səfər edəcək və Böyük Britaniya hökumətinin yüksək vəzifəli nümayəndələrindən biri ilə görüş keçirəcək.

Bu barədə diplomatik mənbə bildirib.

Onun sözlərinə görə, Hersoqu Britaniyanın Baş naziri Kir Starmer, həmçinin xarici işlər naziri İvett Kuper qəbul edə bilər. Lakin nə Britaniya tərəfi, nə də İsrail Prezidentinin ofisi bu məlumatı rəsmi qaydada təsdiqləməyib.

Hersoqun iqamətgahında yalnız onu qeyd ediblər ki, o, üç gün davam edəcək səfər çərçivəsində “ictimaiyyət nümayəndələri” ilə görüşəcək.

Loading

Next Post

Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq

Bu gün Bakının Nəsimi rayonunun bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi ilə Bülbül prospektinin kəsişməsində yeraltı orta təzyiqli kəmərdə aşkar olunmuş sızmanın ləğv edilməsi ilə əlaqədar sentyabrın 9-da saat 10:00-dan etibarən […]