Cərimələrə güzəşt olunacaq – Prezident təsdiqlədi

Oxunma vaxtı:39 Saniyə

İnzibati xətalara görə cəriməni 10 günə ödəyənlər məbləğin 10%-dən azad ediləcək.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə görə, inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq ediləcək.

Cərimələrin vaxtında ödənilməsini təşviq etmək, gecikmələrin qarşısını almaq məqsədilə Məcəlləyə əlavə edilən 150.1-1-ci maddəyə əsasən, bütün inzibati xətalara görə inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq ediləcək.

Qeyd edək ki, dəyişiklikdən əvvəl inzibati cəriməni 5 günə ödəyənlər məbləğin 10%-dən azad edilirdi. Bu müddət uzadılaraq 10 günə qaldırılıb.

Loading

Next Post

III Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəlib

III Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuli şəhərinə gəliblər. Göyərtəsində qonaqların olduğu təyyarə Füzuli Beynəlxalq Hava Limanına eniş edib. Qeyd edək ki, 52 ölkədən 140-a yaxın xarici iştirakçının qatılacağı builki Forum “Rəqəmsal keçidlər: süni intellekt dövründə informasiya və kütləvi informasiya vasitələrinin dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunacaq və iyulun 21-dək davam […]