Dövlət başçısı: Bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir

DogruSozTv Az
Oxunma vaxtı:25 Saniyə

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş və pan-Avropa qaz təchizatçısı adlandırır.

Bu fikirləri Prezident İlham Əliyev Mingəçevirdəki “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında səsləndirib.

Bu gün Azərbaycan qazının kəmərlər vasitəsilə 12 ölkəyə ixrac edildiyini diqqətə çatdıran dövlət başçısı bildirib:

“Məhz bu göstəriciyə, qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. Əlbəttə ki, bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir”.

Loading

Next Post

Milli Məclis Silahlı Qüvvələr Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib

Milli Məclis 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi təbrik edib. Təbriki parlamentin sədri Sahibə Qafarova səsləndirib. Deputatlar təbriki alqışlarla qarşılayıblar.