İsmayıllıda oğlu tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb – YENİLƏNİB

DogruSozTv Az
Oxunma vaxtı:25 Saniyə

İsmayıllı rayonunda bir müddət əvvəl oğlu tərəfindən bıçaqlanan Bəhlul Əzizov xəstəxanada vəfat edib.

APA-nın Şirvan bürosunun məlumatına görə, hadisə zamanı oğul atasının boğaz nahiyəsinə bıçaqla xəsarət yetirmişdi.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

İsmayıllıda oğul atasını bıçaqlayıb.

Hadisə rayonun Talıstan kəndində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Kənan Əzizov atası 1968-ci il təvəllüdlü Bəhlul Əzizovun qarın və boğaz nahiyəsindən bir dəfə bıçaqlayıb.

Hadisəni törətmiş şəxs Kənan Əzizov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Loading

Next Post

İsrail Kirmanşahdakı hərbi hədəflərə zərbələr endirir

İsrail Hərbi Hava Qüvvələri İranın qərb hissəsində yerləşən Kirmanşahdakı hərbi obyektlərə zərbələr endirməyə başlayıb. Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. “Hazırda İsrail Hərbi Hava Qüvvələri Kirmanşahdakı hərbi infrastruktur obyektlərinə zərbələr endirir”, – məlumatda bildirilib.