Azərbaycan XİN Suriyaya başsağlığı verib

DogruSozTv Az
Oxunma vaxtı:20 Saniyə

Azərbaycan Xarici İşlər Nazirliyi Suriyanın paytaxtı Dəməşqdə Mar St. Elias kilsəsinə edilən terror aktını pisləyib.

Bu barədə xarici siyasət idarəsi “X” hesabında paylaşım edib.

“Qurbanların ailələrinə və əsassız zorakılıq aktından təsirlənən hər kəsə dərin hüznlə başsağlığı veririk. Suriya hökuməti və xalqı ilə həmrəy olduğumuzu bildirir, ekstremizmə qarşı birliyin vacibliyini vurğulayırıq”, – deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, Suriyada kilsəyə hücum nəticəsində 25 nəfər ölüb, 63 nəfər yaralanıb.

Loading

Next Post

Sabirabadın 17 kəndində qaz təchizatı dayandırılacaq

Sabah Sabirabad rayonunun 17 kəndində qaz təchizatı dayandırılacaq. Bu barədə  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, qaz təchizatı dayandırılmasına səbəb diametri 315 mm-lik PE “Ulacalı-Qaragüney” orta təzyiqli yeraltı qaz kəməri üzərində quraşdırılmış Dş 300 mm-lik siyirtmənin flyans birləşmələrində yaranmış qaz sızmasının aradan qaldırılmasıdır. Bu […]