I və IV qrupların cavabları nə vaxt elan olunacaq? 

Oxunma vaxtı:39 Saniyə

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 25 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticələrini ötən həftənin çərşənbə günü – 11 iyun tarixində elan edib. I və IV qruplar üzrə isə qəbul imtahanı isə iyunun 1-də keçirilib.

I və IV ixtisas qrupları üzrə nəticələrin də bu həftə ərzində açıqlanması gözlənilir. 

Nəticələrin dəqiq hansı gün elan ediləcəyi hələlik bəlli olmasa da, prosesin 20 iyun – cümə gününə qədər yekunlaşacağı ehtimal edilir.

Məlumat üçün bildirək ki, əvvəlki illərin təcrübəsinə əsasən qəbul imtahanlarının nəticələri təxminən 14 gün ərzində açıqlanıb. Lakin bu il iyunun 16-sı – bazar ertəsi qeyri-iş günü olduğundan nəticələrin bir qədər gecikməsi mümkündür. Bu səbəbdən II və III qrupların nəticələrindən fərqli olaraq, I və IV qrupların nəticələrinin 4-cü gün elan olunması istisna edilmir.

Loading

Next Post

Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb

Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Məlumata əsasən, iyunun 14-də və 15-də ölkə ərazisində qeydə alınan 100, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 61, o cümlədən borclu şəxs qismində axtarışda […]