Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb

Oxunma vaxtı:23 Saniyə

Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata əsasən, iyunun 14-də və 15-də ölkə ərazisində qeydə alınan 100, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 61, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 51, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib.

Loading

Next Post

QMİ rəsmisi: Azərbaycanlı zəvvarlar Mədinə hava limanındadır

Hazırda azərbaycanlı zəvvarlar Mədinə Beynəlxalq Hava Limanındadırlar.Bu barədə “Report”a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib. Onun sözlərinə görə, bu gün yerli vaxtla saat 11:00-12:00 radələrində azərbaycanlı hacılardan ibarət ilk qrup Vətənə yola düşəcək: “Reyslərdə heç bir dəyişiklik yoxdur. Azərbaycanlı zəvvarlar […]