Gürcüstanın daxili işlər naziri Azərbaycana gəlib

Oxunma vaxtı:17 Saniyə

Gürcüstanın daxili işlər naziri Gela Geladze Azərbaycana rəsmi səfərə gəlib.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Gela Geladzenin rəhbərlik etdiyi nümayəndə heyətinə daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze və Mərkəzi Kriminal Polis Departamentinin direktoru Davit Kiknadze də daxildir.

Səfərin iki ölkə arasında strateji tərəfdaşlıq və hüquqi əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli olduğu bildirilir.

Loading

Next Post

KİV: İsrailin İrandakı əməliyyatı 14 gün davam edəcək

İsrail İrana qarşı əməliyyatı 14 gün ərzində aparmağı planlaşdırır. Bu barədə “The Wall Street Journal” yüksək rütbəli İsrail rəsmisinə istinadən yazıb. Nəşrin məlumatına görə, bir zərbə dalğası Tehranın nüvə proqramına “kifayət qədər ziyan vurmaq” üçün yetərli olmayacaqdı. Cavab hücumu imkanını məhdudlaşdırmaq üçün İsrail eyni zamanda İran rəhbərliyinə, cəbbəxanasına və strateji […]