DSX-nin hərbi qulluqçusunun ölümü ilə bağlı cinayət işi başlanılıb

Oxunma vaxtı:36 Saniyə

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Həsənli Rasim Raməddin oğlunun ölüm faktı əsasında prokurorluq əməkdaşları tərəfindən müvafiq baxışlar keçirilib, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər zəruri hərəkətlər icra edilib.

Hərbi Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, faktla bağlı Bakı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyid münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

Hazırda ibtidai istintaq davam etdirilir, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir əmələ və fakta hüquqi qiymət verilməsi təmin ediləcək.

Loading

Next Post

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 4. Əbdülvahab […]