Tələt Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Oxunma vaxtı:21 Saniyə

Tələt Tahir oğlu Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Tələt Məcidov bu ordenə Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.

Qeyd edək ki, T. Məcidov 1999-cu ildən 2005-ci ilə kimi Səbail rayonunun icra başçısı olub. O, 2005-ci ildən Azərbaycan Prezidentinin Administrasiyasının Kadr məsələləri şöbəsinin müdiridir.

Xatırladaq ki, sabah T. Məcidovun 80 yaşı tamam olur.

Loading

Next Post

İlham Əliyev onları təltif etdi - Sərəncam

Ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxs təltif edilib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. “Tərəqqi” medalı ilə Həsənov Ərəstun Həsənağa oğlu Qənbərov Mirsalam Böyükağa oğlu Sefiyev Amil Mirdaməd oğlu Şiralıyev Mayıs Ağahüseyin oğlu Tarverdiyev Qafar Hüseyn oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə […]