Sumqayıtda partlayış olub, xəsarət alanlar var

Oxunma vaxtı:15 Saniyə

Sumqayıt şəhərində yerləşən sənaye müəssisələrindən birində partlayış baş verib. 

Hadisə şəhərin Sahil küçəsində yerləşən zavodlardan birində qeydə alınıb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.

İlkin məlumata əsasən, hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Partlayışın səbəbləri araşdırılır, ərazidə təhlükəsizlik tədbirləri görülür.(Report)

Loading

Next Post

Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfəri başlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Budapeştə işgüzar səfərə gəlib.  “Report”un Budapeştə ezam olunan müxbirinin verdiyi xəbərə əsasən, Ferents List adına Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.  Azərbaycan Prezidentini Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Boka və […]