Azərbaycan korrupsiyaya qarşı mübarizəni hər zaman prioritet kimi qəbul edib

Oxunma vaxtı:27 Saniyə

Azərbaycan korrupsiyaya qarşı mübarizəni hər zaman həm milli, həm də beynəlxalq prioritet kimi qəbul edib.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin – “GlobE Network”un altıncı plenar iclasının iştirakçılarına müraciətində deyilir.

Dövlət başçısı bildirib ki, bu istiqamətdə hüquqi və institusional çərçivəmiz Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əsasında formalaşıb:

“Bu qurumlar rəqəmsal transformasiya, açıq hökumət prinsipləri və beynəlxalq əməkdaşlıq vasitəsilə şəffaflıq və hesabatlılığın möhkəmləndirilməsində mühüm rol oynayır”.

Loading

Next Post

Qabiliyyət imtahanlarına qeydiyyat başlayıb

Qabiliyyət imtahanlarına qeydiyyat başlayıb. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə mayın 20-dən 30-dək aşağıdakı istiqamətlər aid komissiyalar üzrə abituriyentlərin […]