Tələbə faciəvi şəkildə vəfat etdi: yayda əsgər gedəcəkdi

Oxunma vaxtı:24 Saniyə

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) 4-cü kurs tələbəsi Əşrəf Mirzəyev ölüb.

Bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, Ə.Mirzəyev yol-nəqliyyat hadisəsində həyatını itirib:

“Çox ağıllı, mədəni, mehriban insan idi. Bir neçə il əvvəl universitetə imtahan verməyə hazırlaşanda qəflətən atasını da itirmişdi. Universiteti bitirib iyul ayında əsgər gedəcək, qayıdıb işləyəcək, ailə başçısı kimi anasına, bacılarına dəstək olacaqdı. Xəyalları, arzuları yarımçıq qaldı”, – deyə o paylaşımında bildirib.

Loading

Next Post

Zakir Həsənov Tel-Əvivdə İsrail müdafiə naziri ilə görüşüb

İsrailin müdafiə naziri İsrail Katz Tel-Əvivdə azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənov ilə görüşüb. Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Görüş zamanı Katz iki ölkə arasında dərin strateji müttəfiqliyi yüksək qiymətləndirib, ortaq maraqlar və qarşılıqlı etimadın əhəmiyyətini vurğulayıb. Tərəflər müdafiə sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib.