Azərbaycan və İran hərbçilərinin birgə təliminin açılış mərasimi keçirilib

Oxunma vaxtı:39 Saniyə

Ölkəmizdə keçirilən “Araz-2025” birgə təliminin açılış mərasimi olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan və İran təlim rəhbərləri, eləcə də digər yüksək səviyyəli üzvləri Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri düzüblər.

Ümummilli Lider Heydər Əliyevin, həmçinin hər iki ölkənin ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının və İran İslam Respublikasının Dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən təlim rəhbərləri iştirakçılara uğurlar arzulayıb, keçirilən birgə təlimin əhəmiyyətini xüsusi vurğulayıblar.

Yüksələn xətlə inkişaf edən Azərbaycan-İran hərbi əməkdaşlığının dərinləşməsində “Araz-2025” birgə təliminin əhəmiyyəti qeyd olunub.

Bildirilib ki, bu təlim ölkələrimiz və onların silahlı qüvvələri arasında qarşılıqlı etimadın artırılmasına xidmət edir.

Açılış mərasiminin sonunda hərbi qulluqçular təntənəli marşla tribuna önündən keçiblər.

Loading

Next Post

Prezident müddətli həqiqi hərbi xidmətə çağırılma ilə bağlı Sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev vətəndaşların 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.Dövlət başçısının imzaladığı sənədə əsasən, 2007-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1995–2006-cı illərdə doğulmuş, […]