Rusiya Ukraynaya PUA-larla hücum edib, ölən və yaralananlar var

Oxunma vaxtı:17 Saniyə

Rusiya pilotsuz təyyarələrinin (PUA) Ukraynanın Pavloqrad şəhərinə hücumu nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Bu barədə Dnepropetrovsk vilayətinin rəhbəri Sergey Lısak məlumat verib.

“Dəqiqləşdirilmiş məlumatlara görə, Pavloqradda iki nəfər ölüb. Bir nəfərin vəziyyəti ağır, qalanlarının vəziyyəti orta ağırdır”, – o qeyd edib.

Ukrayna KİV-in məlumatına görə, hücum nəticəsində şəhərdə bir neçə yanğın baş verib.

Loading

Next Post

Pakistan Hindistanla münaqişənin nüvə qarşıdurmasına çevrilə biləcəyinə dair xəbərdarlıq edib

Pakistan Hindistanın mümkün hərbi hücumuna qarşı hazırlıqlara başlayıb və belə bir ssenaridə tam gücü ilə cavab verəcəyini bəyan edib. Bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif bildirib. Nazir bildirib ki, “dünya ictimaiyyəti nüvə qarşıdurmasına çevrilə biləcək bu təhlükəli mübahisəyə diqqət yetirməlidir”. Onun sözlərinə görə, həm Pakistan, həm də Hindistan nüvə […]