Azərbaycan Prezidenti İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi olub

DogruSozTv Az
Oxunma vaxtı:36 Saniyə

[center][img]https://azadmedia.az/uploads/posts/2025-04/1745379880_a73c12e1-3299-3818-b2f3-ba6f3b496d4e_850.jpg[/img][/center]
Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 23-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuan Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşıladılar.

Çin nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Çin Xalq Respublikasının Sədri Si Cinpinə təqdim olundu.

Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi.

Azərbaycan Prezidenti fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Loading

Next Post

Tramp: HƏMAS-ın Qəzzanın müharibədən sonrakı idarəçiliyində iştirakına imkan verməyəcəyik

Birləşmiş Ştatlar Fələstinin radikal HƏMAS hərəkatının gələcəkdə Qəzza zolağının idarə olunmasında iştirakına icazə verməyəcək.Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. Ondan ABŞ-nin HƏMAS-ın Qəzzanın müharibədən sonrakı idarəçiliyində hər hansı rol oynamasına mane olub-olmayacağı soruşulub. “Biz HƏMAS-a bunu etməyə icazə verməyəcəyik”, – Tramp bildirib. “Biz Qəzza ilə […]