“HƏMAS” Qəzzada müharibənin bitməsini istəyir

DogruSozTv Az
Oxunma vaxtı:39 Saniyə

Fələstinin radikal “HƏMAS” hərəkatı Qəzza zolağında müharibəyə tez son qoymağa çağırıb.

Bunu qruplaşmanın siyasi bürosunun üzvü Husam Badran deyib.

“HƏMAS” sözçüsü bildirib ki, hərəkat müharibəni və qan tökülməsini dayandırmağa çalışır, lakin İsrail atəşkəs razılaşmasına əməl etmir və bunun əvəzinə təcavüzünü davam etdirir.

ABŞ-yi tənqid edən Husam Badran əlavə edib ki, İsrailin baş naziri Benyamin Netanyahu danışıqlardan imtina edir: “Amerika tərəfi vasitəçi deyil, yalnız İsrailin siyasətini dəstəkləyir”.

Eyni zamanda Fələstin Milli Administrasiyasının lideri Mahmud Abbasın rəhbərlik etdiyi “FƏTH” hərəkatı radikal “HƏMAS” qruplaşmasını Qəzza zolağına nəzarətdən əl çəkməyə çağırıb. Bu barədə hərəkatın Qəzza zolağı üzrə sözçüsü Munter Hayek bildirib.

Hayek vurğulayıb ki, “HƏMAS”ın mövcudluğu Fələstin xalqının öz hüquqları uğrunda mübarizəsi üçün təhlükəli hala düşüb və hərəkat öz mövqeyini yenidən nəzərdən keçirməli və Qəzza zolağında eşidilən bütün səsləri dinləməlidir.

Loading

Next Post

Bu gün sonuncu Qədr gecəsidir

Bu gün Azərbaycanda Ramazan ayında sonuncu Qədr (əhya) gecəsidir. Dördüncü Qədr gecəsi martın 26-dan 27-nə keçən gecəyə təsadüf edir. Qeyd edək ki, Qədr gecəsi “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Xatırladaq ki, martın 30-u Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.