Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

DogruSozTv Az
Oxunma vaxtı:29 Saniyə

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub. 

Bu barədə xarici KİV məlumat yayıb. 

Telefon danışığı zamanı xarici işlər nazirləri regional və beynəlxalq hadisələri müzakirə ediblər. Tərəflər həmçinin İsrailin Fələstin, Qəzza, Livan və Suriyaya hücumları, ABŞ-nin Yəmənə hərbi hücumu ilə bağlı fikir mübadiləsi aparıblar.

Əraqçi Türkiyədəki daxili siyasi vəziyyətə də toxunub. O, Türkiyədə baş verənləri tamamilə bu ölkənin daxili işi hesab edərək İranın mövqeyini bir daha təsdiqləyib. İranın xarici işlər naziri həmçinin Türkiyə hakimiyyətinin bu hadisələri türk xalqının maraqları əsasında idarə edəcəyinə əminliyini ifadə edib.

Loading

Next Post

İmamoğlunun vəzifəsini o icra edəcək

İstanbul Böyükşəhər Bələdiyyə (İBB) sədrinin müavini vəzifəsi CHP-nin üzvü Nuri Aslana həvalə edilib. Bu haqda “TRT haber” məlumat yayıb. O, “korrupsiya” ittihamı ilə həbs edilən Əkrəm İmamoğlunun vəzifələrini icra edəcək