Ermənistan parlamenti Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanun layihəsini qəbul edib

DogruSozTv Az
Oxunma vaxtı:35 Saniyə

Ermənistan parlamenti respublikanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması haqqında qanun layihəsini ikinci və sonuncu oxunuşda qəbul edib.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qanun layihəsi bir sıra ictimai və siyasi təşkilatların təşəbbüsü çərçivəsində irəli sürülüb, onlar bu layihə üçün 60 min imza toplayıblar.

Qanun layihəsinin qəbul edilməsinin lehinə 64, əleyhinə 7 deputat səs verib.

Hakim “Vətəndaş müqaviləsi” fraksiyasının nümayəndələri qanunun qəbul edilməsinin lehinə, “Şərəfim var” müxalifət fraksiyasının deputatları əleyhinə səs veriblər, “Ermənistan” müxalifət fraksiyasının nümayəndələri isə səsvermədə iştirak etməyiblər.

Yanvarın 9-da Ermənistan hökuməti respublikanın Avropa İttifaqına daxil olması haqqında qanun layihəsini təsdiqləyib. Baş nazir Nikol Paşinyan bəyan edib ki, Ermənistanın Aİ-yə daxil olması ilə bağlı qərar ümumxalq referendumu yolu ilə qəbul edilməlidir.

Loading

Next Post

Azərbaycan nefti ucuzlaşdı

Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb. Azərbaycan neftinin 1 barelinin qiyməti 74,04 ABŞ dollar təşkil edir. Bu 1.19 ABŞ dolları və ya 1.58 % azalma deməkdir.  Azərbaycan neftinin əvvəlki qiyməti isə 75,23 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 […]