Emin Əmrullayev UNESCO-nun Təhsil üzrə baş direktorunun müavini ilə əməkdaşlığı müzakirə edib

DogruSozTv Az
Oxunma vaxtı:34 Saniyə

UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edən elm və təhsil naziri Emin Əmrullayev UNESCO-nun Təhsil üzrə baş direktorunun müavini Stefania Ciannini ilə müvafiq sahədə davam edən əməkdaşlıq və perspektivləri müzakirə edib.

Bu barədə Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin mətbuat xidməti bildirib.

“UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu” çərçivəsində Azərbaycan elm və təhsil naziri Zati-aliləri cənab Emin Əmrullayev UNESCO-nun Təhsil üzrə baş direktorunun müavini xanım Stefania Ciannini ilə görüşüb. Onlar təhsil sahəsində davam edən əməkdaşlıq və perspektivləri müzakirə ediblər”, – diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd olunub.

Xatırladaq ki, daha əvvəl Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO Baş direktorunun təbiət elmləri üzrə müavini Lidiya Brito ilə görüşmüşdü.

Loading

Next Post

Cənubi Koreyada meşə yanğınları nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb

Cənubi Koreyada meşə yanğınlarında ölənlərin sayı 26 nəfərə çatıb.Bu barədə “Yonhap” agentliyi hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Həmçinin 30 nəfərin xəsarət aldığı, 37 minə yaxın insanın evlərini tərk etməyə məcbur olduğu bildirilib. Məlumata görə, 325 obyekt, o cümlədən 117 yaşayış evi yanğından zərər çəkib. Ölkənin cənub-şərqində meşə yanğınları martın 21-də […]