Çin XİN: Pekin ABŞ ilə bərabərlik və qarşılıqlı hörmət əsasında dialoqa hazırdır

DogruSozTv Az
Oxunma vaxtı:35 Saniyə

Pekin Vaşinqtonla bərabərlik və qarşılıqlı hörmət prinsipləri əsasında əməkdaşlığa hazırdır.

Bu barədə Çinin xarici işlər naziri Van İ Pekində ABŞ-Çin münasibətləri üzrə Milli Komitənin Direktorlar Şurasının icraçı sədr müavini Evan Qrinberqlə görüşündə bildirib.

“Çin ABŞ ilə bərabərlik və qarşılıqlı hörmət əsasında dialoq və danışıqlar aparmağa hazırdır, məqsəd hər iki ölkənin əsaslı narahatlıqlarını aradan qaldırmaqdır”, – o bildirib.

Nazir hesab edir ki, Çin-ABŞ münasibətləri inkişafın əhəmiyyətli mərhələsindədir. “Hər iki tərəf iki dövlətin liderlərinin mühüm konsensus və baxışlarını rəhbər tutmalı, mübadilələri gücləndirməli, qarşılıqlı anlaşmanı yaxşılaşdırmalı və fikir ayrılıqlarını aradan qaldırmalıdır”, – o qeyd edib.

Van İ hesab edir ki, böyük maraqlara və əməkdaşlıq üçün geniş məkana malik olan Çin və ABŞ uğur qazana və dünyaya fayda verə bilər.

Loading

Next Post

Ermənistan parlamenti Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanun layihəsini qəbul edib

Ermənistan parlamenti respublikanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması haqqında qanun layihəsini ikinci və sonuncu oxunuşda qəbul edib.Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Qanun layihəsi bir sıra ictimai və siyasi təşkilatların təşəbbüsü çərçivəsində irəli sürülüb, onlar bu layihə üçün 60 min imza toplayıblar. Qanun layihəsinin qəbul edilməsinin lehinə 64, əleyhinə […]