Türkiyədəki azərbaycanlı tələbələrə XƏBƏRDARLIQ

DogruSozTv Az
Oxunma vaxtı:22 Saniyə

İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlunun həbsinə görə CHP-nin keçirdiyi kütləvi aksiyalarla bağlı Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil Müşavirliyi müraciət yayıb.

Müraciət Təhsil Müşavirliyinin rəsmi səhifəsində paylaşılıb.

“Hörmətli tələbələr! Təhsil aldığınız universitet və şəhərdə baş tutan aksiyalara qarışmamağınız, bu tip hadisələrin olduğu məkanlardan uzaq durmağınız xahiş olunur!” – müraciətdə bildirilib.

Qeyd edək ki, Türkiyə qanunlarına görə, xarici ölkə vətəndaşı, o cümlədən əcnəbi tələbə hər hansı daxili siyasətlə bağlı aksiyalarda iştirak edərsə, dərhal ölkədən deport olunur.

Loading

Next Post

Girov saxlanılan gəmiçilərimiz Vətənə gətirildi

Xarici İşlər Nazirliyi (XİN) Eritreyada saxlanılan gəmilərin heyətinin ölkəmizə geri gətirilməsi ilə bağlı məlumat yayıb. Məlumatda deyilir: “Ötən ilin 7 noyabr tarixindən etibarən Eritreya tərəfindən saxlanılan “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmilərinin heyətindəki 18 nəfər Azərbaycan Respublikası vətəndaşları […]