DİN-ə müraciət etmək istəyənlərin NƏZƏRİNƏ

DogruSozTv Az
Oxunma vaxtı:48 Saniyə

Polis orqanlarına ünvanlamaq istədiyiniz elektron müraciətləri artıq vahid platforma olan “E-Polis” mobil tətbiqi vasitəsilə göndərə bilərsiniz.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

“Bunun üçün proqrama daxil olub “Elektron müraciət” xidmətinə keçid edirsiniz. Açılan pəncərədə “Müraciət et” düyməsinə kliklədikdən sonra əlaqə məlumatlarınızla tanış olursunuz.

Məlumatlar düzgün olduğu təqdirdə isə “Davam et” düyməsini sıxaraq növbəti mərhələyə keçirsiniz. Bu zaman qarşınıza çıxan qaydalarla tanış olub “Davam et” düyməsini klikləyirsiz. Sonra gələn “Ümumi məlumatlar” hissəsində müraciət edən şəxs kateqoriyasını, “Hara ünvanlanır”, “Müraciətin növü”nü seçirsiniz. Əgər şikayət edəcəksinizsə, şikayət etdiyiniz şəxsin daxili işlər orqanının əməkdaşı və ya digər şəxs olduğunu qeyd edirsiniz.

Ardınca müraciətin mövzusunu və hadisə yerini yazırsınız. Növbəti düyməsini sıxaraq “cavabdeh barədə məlumatlar” hissəsində şikayət etdiyiniz şəxs haqda bildiyiniz məlumatları da daxil edib yenə növbəti düyməsini sıxırsınız. Mətni, şəkil və ya sənəd varsa, onları da əlavə edərək müraciəti təsdiqləyirsiniz.

Beləliklə, prosedur tamamlanır və bir neçə dəqiqə ərzində müraciətinizi elektron qaydada polis orqanına göndərməklə məmnunluğunuz təmin olunur”, – DİN-dən bildirilib.

Loading

Next Post

Nazirlikdən maşınların nizamsız parklanması ilə bağlı MÜRACİƏT 

Fövqəladə Hallar Nazirliyi (FHN) bayram günlərində avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə müraciət edib.Bu barədə FHN məlumat yayıb.  Bildirilib ki, novruz və Ramazan bayramları ilə əlaqədar elan edilmiş ardıcıl bir neçə qeyri-iş günü ərzində vətəndaşlar avtonəqliyyat vasitələrini, əsasən binaların həyətyanı sahələrində və ya ətrafında park edirlər: “Müşahidələrə, habelə həyata keçirilən […]