Şahdağ və Qrıza qar yağır

Oxunma vaxtı:44 Saniyə

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Əsasən, ölkə ərazisinin əksər bölgələrində yağıntılı hava şəraiti davam edir.

Düşən yağıntının miqdarı Astarada 31, Lənkəranda 29, Şəkidə 7, Oğuzda 6, Lerik və Qəbələdə 5, Cəlilabadda 4, Balakəndə 3, Göygöl, İmişli, Biləsuvar, Kürdəmir, Zərdab və Göyçayda 2, Zaqatala, Sabirabad, Cəfərxan, Neftçala, Beyləqan, Tərtər, Naftalan, Mingəçevir, Yevlax, Qobustan, Quba, Qusar, Xaltan, Sədərək, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Ağdamda eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dir.

Dağlıq ərazilərə isə qar yağır, yağan qarın hündürlüyü Şahdağ və Qrızda 1 sm təşkil edir.

Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Şəki, Qobustan, Göyçay, Şamaxı, Qusar, Qrız, Cəfərxan və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, o cümlədən Naxçıvan MR-da 6, Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 6 dərəcəyədək şaxta qeydə alınıb.

Loading

Next Post

Sizdən pul istəyən dostunuz yox, dələduzdur! - Növbəti xəbərdarlıq

Daxili İşlər Nazirliyi (DİN) kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib. Xəbərdarlıqda qeyd edilib ki, kiberdələduzlar müxtəlif vasitələrlə sosial şəbəkələrdə insanların adına profillər yaradır, kiber üsullarla “Whatsapp” və “Telegram”da nömrə eyniləşməsi həyata keçirərək dələduzluq edirlər. “Sosial şəbəkə hesablarınıza və ya mobil nömrənizə dostunuz, yaxınınız və ya tanışınız hesab […]