Azərbaycan Mətbuat Şurası – 22 il

Oxunma vaxtı:48 Saniyə

Mətbuat Şurasının yaranmasından 22 il ötür. 2003-cü ilin bu günündə ölkə jurnalistlərinin I qurultayında təsis edilmiş Şura ötən müddətdə missiya və səlahiyyətlərinə uyğun olaraq, Azərbaycanda media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi istiqamətində aktiv fəaliyyət göstərib. Qurum qabaqcıl xarici təcrübənin öyrənilib tətbiqində yaxından iştirak edib, müxtəlif qanunvericilik təşəbbüslərinin irəli sürülməsinə əməli dəstəyini göstərib.

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının və Avropa Müstəqil Mətbuat Şuraları Alyansının üzvü olan Mətbuat Şurası həm mövcud platformalarda ölkəmizi təmsil edib, həm də digər müstəvilərdə beynəlxalq əməkdaşlığa üstünlük verərək nüfuz, inam və etimad qazanıb.

Mətbuat Şurasının İdarə Heyətində ölkəmizin tanınmış media və ictimaiyyət nümayəndələri təmsil olunub və olunmaqdadırlar. Onlar bu gün də Şuranın işində aktiv rol oynayır, media peşəkarlığının qorunması istiqamətində yorulmaz fəaliyyət göstərir, milli mətbuatımızın şanlı ənələrinə sadiqlik ruhunu aşılayırlar.

Mətbuat Şurasının yaranmasına və inkişafına, medianın özünütənzimləmə modeli kimi Azərbaycan cəmiyyətində özünə layiqli yer tutmasına, beynəlxalq media cameəsində populyarlaşmasına əmək sərf edənlərin hər birinə Şuranın 22 illiyi münasibəti ilə təbriklərimizi çatdırır, onlara uğurlar və müvəffəqiyyətlər arzulayırıq.

Loading

Next Post

Prezident bu hərbçiləri təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər: 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni iləƏsgərov Vasif Asif oğlu – polkovnik-leytenant Mirzəyev Ruslan Cəmil oğlu […]