Nazirlik əhaliyə müraciət edi

Oxunma vaxtı:39 Saniyə

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi məsələləri ilə əlaqədar əhaliyə müraciət edib.

Müraciətdə bildirilib ki, son günlər havanın temperaturunun yüksəlməsi fonunda ölkə ərazisində açıq sahələrdə, o cümlədən dağlıq və dağətəyi zonalarda yanğın hadisələrinə tez-tez rast gəlinir.

“Yalnız Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən operativ tədbirlər sayəsində həmin yanğınlar qısa müddətdə söndürülərək genişlənib böyük fəsadlar törətməsinin qarşısı alınır.

Həmin yanğınlarla əlaqədar Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən aparılan araşdırmalar nəticəsində bu yanğınların əsasən bəzi vətəndaşların odla ehtiyatsız davranması nəticəsində yarandığı müəyyən edilib.

Qeyd olunanları, habelə havanın temperaturunun yüksəlməsinin yanğınların genişlənmə riskini artırdığını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi vətəndaşlara müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, o cümlədən odla ehtiyatlı davranmağa və yanğın baş verməsinə səbəb ola biləcək hallara yol verməməyə çağırır”, – müraciətdə qeyd olunub.

Loading

Next Post

Fransada yeni parlament seçkiləri 2025-ci ilin ikinci yarısında keçirilə bilər

Fransada 2025-ci ilin ikinci yarısında yeni parlament seçkiləri keçirilə bilər. Vəziyyətin bu cür inkişaf ssenarisi “Fitch Ratings” beynəlxalq reytinq agentliyi tərəfindən proqnozlaşdırılıb. Agentliyin məlumatında qeyd olunub ki, “Fitch” Fransanın xarici və milli valyutada uzunmüddətli emitent defoltu reytinqlərini “AA-” səviyyəsində təsdiqləyib, reytinq proqnozu “mənfi”dir. “Fitch” Fransanın dövlət borcunun 2028-ci ilə qədər […]