Mixeil Saakaşvili ilə bağlı elan olunacaq hökmün tarixi məlum olub

Oxunma vaxtı:30 Saniyə

Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

Tbilisi Şəhər Məhkəməsində keçirilən prosesdə Saakaşvili iştirak etməyib.

Sabiq prezidentin məhkəmədə iştirak etməməsinə səbəb səhhəti ilə bağlı olduğu bildirilsə də, vəkilləri bu barədə heç bir rəsmi arayış təqdim etməyib. Məhkəmə onun son söz demək istəmədiyi qənaətinə gələrək müşavirəyə gedib. Hökm martın 17-də elan olunacaq.

İş üzrə çoxsaylı sübutlar, videomateriallar və ekspert rəyləri araşdırılıb, şahidlər dindirilib. Prokuror Levan Vepxvadze bildirib ki, bütün dəlillər Saakaşvilinin Gürcüstan sərhədini qanunsuz keçdiyini sübut edir və gözləntilər onun bu ittiham üzrə tam şəkildə təqsirli bilinəcəyi yönündədir.

Loading

Next Post

Öz ayıblarına kor olan Avropa Parlamentinin Azərbaycana “hərbi əsir” təzyiqi - ŞƏRH

Avropa Parlamenti növbəti dəfə Azərbaycana qarşı nifrət və qərəzini nümayiş etdirdi. Qurum ötən gün qəbul etdiyi kağız parçası ilə bir daha Azərbaycana qarşı bitib-tükənməyən nifrətini nümayiş etdirmiş olub. Erməni lobbisinin Azərbaycanla bağlı qətnaməsi 523 səslə qəbul edilib, üç deputat sənədin əleyhinə səs verib, 84 nəfər bitərəf qalıb. Sənəddə Azərbaycanda Cinayət […]