Bako Sahakyan: Qondarma rejimin “ordusu” Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsi idi

Oxunma vaxtı:48 Saniyə

Martın 14-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən bildirib ki, qondarma rejimin “ordusu” Ermənistan Silahlı Qüvvələrinə tabe olub.

O, qondarma rejimin “ordusu”nun Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsi olduğunu deyib.

B.Sahakyan qeyd edib ki, qondarma rejimin “müdafiə naziri”, “silahlı qüvvələrin baş qərargah rəisi” və bu kimi digər yüksək vəzifələrə təyinat Ermənistan Müdafiə Nazirliyinin təqdimatı əsasında həmin ölkənin prezidenti tərəfindən həyata keçirilib. O, bu işlərə qarışmadığını deyib və bildirib: “Biz bunu gizlətmirdik”.

Təqsirləndiirlən şəxs etiraf edib ki, qondarma rejimin “hərbi qurum”ları ilə bağlı bütün bölgü və idarəetmə məsələləri Ermənistan Respublikası tərəfindən aparılıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Loading

Next Post

Milli Məclis hökumətin hesabatını qəbul edib - YENİLƏNİB

Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı səsə qoyularaq qəbul edilib. Hesabat qəbul edildikdən sonra Baş nazir Əli Əsədov deputatların səsləndirdiyi fikirlərə münasibət bildirir, qaldırılan məsələlərə aydınlıq gətirir. *** Hökumət Milli Məclisdə hesabat verir. Baş nazir Əli Əsədov hesabatı təqdim edir. Onun sözlərinə görə, belə bir hesabatlılıq Hökumətlə Milli Məclis […]