Sumqayıtda Reabilitasiya Mərkəzində baş verən yanğında bir nəfər xəsarət alıb

Oxunma vaxtı:30 Saniyə

Sumqayıtda Reabilitasiya Mərkəzində baş verən yanğında bir nəfər xəsarət alıb.

TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 12:00 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən Reabilitasiya Mərkəzində yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Məlumata görə, təcili tibbi yardım briqadası 1998-ci il təvəllüdlü şəxsi sağ əlin 4 və 5-ci daraq sümüklərinin qapalı sınığı diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına hospitalizasiya edib, hazırda pasiyentin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir, vəziyyəti stabildir.

Loading

Next Post

Bakının üç rayonunda qaz olmayacaq

Bu gün Bakının Xətai, Yasamal və Xəzər rayonlarının bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Xətai rayonu, M. Hadi küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Yasamal rayonu, İzmir küçəsində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi, Xəzər rayonu, “Türkan-1” […]