Şənbə günü qar yağacaq, yollar buz bağlayacaq

Oxunma vaxtı:38 Saniyə

Bakıda və Abşeron yarımadasında fevralın 8-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti  verilən məlumat yayıb

Səhərdən yarımadanın bəzi yerlərində sulu qar yağacağı ehtimalı var.

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2°-dək isti, gündüz 3°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu olacaq. Nisbi rütubət 70-75 % olacaq.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 5-8° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 2-6° şaxta olacaq. Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Loading

Next Post

Qarabağ Universitetinin Klinikası yaradılıb

Qarabağ Universitetinin tabeliyində Qarabağ Universitetinin Klinikası publik hüquqi şəxs yaradılıb. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmanda qeyd olunub ki, Klinika Qarabağ Universitetində tibb ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanmasını təmin edən, tibb sahəsində elmi tədqiqatlar aparan, regionda əhalinin sağlamlığının qorunmasında iştirak edən publik hüquqi şəxsdir. […]