Rəqəmsal məktəb platforması istifadəyə verilib

Oxunma vaxtı:20 Saniyə

Bu gündən etibarən Rəqəmsal məktəb platforması istifadəyə verilib.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, platformada valideyn, şagird, müəllim və direktor kabinetləri mövcuddur.

Giriş üçün www.reqemsal.edu.az ünvanına keçid etmək lazımdır.

Qeyd edək ki, Rəqəmsal Məktəb layihəsi ilk olaraq Bakıda test rejimində tətbiq edilir. “Sima” və identifikasiya kodu ilə valideyn öz uşağını onlayn izləyə biləcək.

Loading

Next Post

Hindistan 400 PUA-nın tədarükü haqqında müqavilələri ləğv edib

Hindistan Müdafiə Nazirliyi ordu üçün 400 pilotsuz uçuş aparatının (PUA) tədarükü haqqında yerli şirkətlə bağlanmış üç müqaviləni ləğv edib.Bu barədə “The Times of India” nəşri Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, buna səbəb PUA-larda Çin istehsalı olan detalların istifadə edilməsidir. “Təəssüf ki, bəzi Hindistan şirkətləri silahlı qüvvələr […]