Peskov: Putin AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı bəyanatla çıxış etməyi planlaşdırmır

Oxunma vaxtı:44 Saniyə

Rusiya Prezidenti Vladimir Putin AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı bəyanatla çıxış etməyi planlaşdırmır.

Bu barədə jurnalistlərə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Xeyr, təyyarə qəzası mövzusunda çıxış planlaşdırılmır”, – o bildirib.

Bu yaxınlarda təyyarə qəzasının araşdırılması ilə bağlı ilkin hesabat açıqlanıb. Hesabatda təyyarənin gövdəsində aşkar edilən zədələrin kənar obyektlərin təsiri nəticəsində yarandığı göstərilir. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində və oksigen balonunun partlamasına dair məlumat təqdim olunmayıb.

Qeyd edilir ki, saat 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispteçer “Ковер” əməliyyatı barədə Qoznıya məlumat verib.

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

İlkin məlumatlara görə, təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.

Loading

Next Post

Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib

Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Digər Sərəncamla A.Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib. Qeyd edək ki, yeni nazir Anar Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı […]