Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşıb

Oxunma vaxtı:34 Saniyə

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,12 ABŞ dolları, yaxud 0,2 % artaraq 76,92 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 74,55 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Loading

Next Post

Ordubadın bütün kəndlərində bu gün qaz kəsiləcək

Ordubad rayonunun bütün kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 219 mm boruda çat yarandığı üçün təmir işlərinin aparılması məqsədilə Ordubad rayonunun bütün kəndlərində qaz təchizatında bu gün saat 13:00- dan saat 16:00-dək müvəqqəti fasilə yaranacaq. Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.