Yeni yolun tikintisindən – Görüntülər

Oxunma vaxtı:30 Saniyə

Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi davam etdirilir.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. 

Bildirilib ki, layihə üzrə 10 qovşağın, 14 körpünün, 1 kommunikasiyalar üçün kanal körpüsünün, 1 qapalı və 1 üstü açıq tunelin tikintisi nəzərdə tutulub. 

Yeni yolun inşası Abşeron yarımadasının şimal-şərq hissəsindəki yaşayış məntəqələrinin Bakı şəhərinə daxil olmadan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu ilə şimal istiqamətində nəqliyyat əlaqəsini təmin etməyə, eləcə də Bakı-Şamaxı-Yevlax magistral avtomobil yoluna çıxmaqla respublikamızın qərb zonası ilə səmərəli və rahat nəqliyyat əlaqəsi qurmağa imkan verəcək.

Loading

Next Post

Bakıya qar yağacaq - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında fevralın 7-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, fevralın 8-də yarımadanın ayrı-ayrı yerlərində yağıntının sulu qara keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək. Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin fevralın 9-dək davam edəcəyi, […]
Doğrusöztv.Az WordPress Theme: Seek by ThemeInWP