Sabahın havası: Qar yağacaq, 15 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq…

Oxunma vaxtı:37 Saniyə

Bakıda və Abşeron yarımadasında hava şəraiti gün ərzində fasilələrlə yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, havanın temperaturu gecə 3-5° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Loading

Next Post

Azərbaycanda meqa nazirlik yaradılır?

Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin sərəncamı ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vəzifəsindən azad edilərək Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub. Muxtar Babayevin vəzifəsini tərk etməsi ilə boş olan nazir postlarının sayı ikiyə çatıb. Belə ki, yanvarın 10-da maliyyə naziri Samir Şərifov da vəzifəsindən azad […]