Papuaşvili: ABŞ administrasiyasının xarici yardımlardan sui-istifadə ilə bağlı ifşaları bizim üçün siqnaldır

Oxunma vaxtı:28 Saniyə

ABŞ-nin yeni administrasiyasının xarici yardımlardan sui-istifadə ilə bağlı son ifşaları Gürcüstan üçün siqnaldır.

Bunu ölkə parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, növbəti iki ay ərzində demokratiyanın gücləndirilməsi, dezinformasiyaya qarşı mübarizə və dövlət institutlarının fəaliyyətində xarici müdaxilələrin məhdudlaşdırılması məqsədilə qanunvericilikdə dəyişikliklər üzərində iş aparılacaq.

“Məlum oldu ki, bəzi xarici təşkilatlar öz maraqlarını yeritmək üçün maliyyə vəsaitlərindən istifadə edir. Hətta bəzi beynəlxalq media qurumlarının belə bu məqsədlə maliyyələşdirildiyi ortaya çıxdı”, – deyə Papuaşvili qeyd edib.

O əlavə edib ki, bu vəziyyət qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı konkret addımlar atmağa ehtiyac yaradır.

Loading

Next Post

Sabahın havası: Qar yağacaq, 15 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq...

Bakıda və Abşeron yarımadasında hava şəraiti gün ərzində fasilələrlə yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, havanın temperaturu gecə 3-5° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında […]