Nazir: Azərbaycan təhsilinin arzuolunan səviyyədə olması üçün zaman lazımdır

Oxunma vaxtı:20 Saniyə

Azərbaycan təhsilinin arzuolunan səviyyədə olması üçün zaman lazımdır.

Bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda təhsil sahəsində inkişaf müsbət yöndə davam edir:

“Təhsil sistemi inkişaf etməkdədir. Lakin Azərbaycan təhsilinin arzuolunan səviyyədə olması üçün vaxt lazımdır. Çünki bu, insanların həyatıdır və kimlərinsə istəyinə görə fərqli istiqamətlərə yönləndirilə bilməz. Düşünürəm ki, inkişafa doğru atdığımız addımlar bizi məqsədimizə çatdıracaq”.

Loading

Next Post

Sahil Babayev maliyyə naziri təyin edilib

Sahil Rafiq oğlu Babayev Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Sahil Babayev maliyyə naziri təyin edilib.