Lerikdə qarın hündürlüyü 21 sm-ə çatıb – FAKTİKİ HAVA

Oxunma vaxtı:50 Saniyə

Bəzi yerlərdə hava şəraiti arabir yağıntılı keçib, Lənkəran-Astara zonasında intensiv olub.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, saat 09:00-a olan məlumata əsasən, düşən yağıntının miqdarı Lənkəranda 133, Astarada 86, Ağdamda 5, Biləsuvarda 4, Neftçala, Tərtərdə 2, Cəlilabad, Beyləqan, Şahbuz, Salyan, Naftalan, Balakən, Zaqatala, Oğuz, İsmayıllı, Quba, Qusar, Xaçmaz, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Lerikdə 21, Yardımlı 10, Qrızda 6, Göygöl, Şəki (Kişçay), Gədəbəydə 1 sm olub.

Şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 21 m/s, Neftçala, Naftalanda 20 m/s, Culfa, Şabranda 18 m/s, Tərtərdə 16 m/s, Şahbuz, Hacıqabulda 15 m/s-dək güclənib. Bu sarı xəbərdarlığa uyğundur.

Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Qax, Zaqatala, Şəki, Qusar, Yevlax, Zərdab, Qrızda duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 13 dərəcəyədək şaxta qeydə alınıb.

Loading

Next Post

Trampdan cinsini dəyişən kişilərə daha bir zərbə - Sərəncam verdi

ABŞ prezidenti Donald Tramp gender dəyişikliyindən keçən kişilərin qadınların idman yarışlarında iştirakını qadağan edən sərəncam imzalayıb. Tramp sərəncam imzalamazdan əvvəl etdiyi çıxışda deyib: “Bundan sonra qadın idmanı yalnız qadınlar üçün olacaq”. Tramp deyib ki, imzaladığı sərəncam bioloji kişilərin qadın idmanında iştirakına icazə verən Amerika məktəblərində araşdırmalar açacaq. Bundan əlavə, Trampın […]