ETSN: Güclü külək davam edəcək, sürəti narıncı xəbərdarlıq şkalasına keçəcək

Oxunma vaxtı:45 Saniyə

Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan hava şəraiti davam edəcək və küləyin sürəti narıncı xəbərdarlıq şkalasına keçəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova məlumat verib.

O bildirib ki, hazırda sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir.

İradə İbrahimova eyni zamanda əhalini hava xəbərdarlıqlarına diqqət göstərməyə çağırıb:

“Sarı və narıncı xəbərdarlıq güclü küləkli hava dəyişkənliyindən xəbər verir və gözlənilən meteoroloji şəraitdən xəbərdar olmaq, qarşısı alına biləcək risklərdən uzaq olmaq anlamına gəlir. Buna görə də sinoptiklərin verdiyi xəbərdarlıq məlumatlarını ciddiyə alaq, çünki verilən hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündür”.

Nazirlik rəsmisi qeyd edib ki, xüsusən də güclü külək zamanı irigövdəli ağacların, tikinti sahələrinin, yüngül konstruksiyalı örtüklərin yaxınlığında dayanmaq olmaz.

Qeyd edək ki, narıncı xəbərdarlıq ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka “yüksək risk” deməkdir. Yəni təhlükəli meteoroloji şərait yaşayış obyektlərinə və əmlaka təhlükə yarada, dağıntılar və tələfatlar ola bilər.

Loading

Next Post

Paşinyan: Ermənistan və Türkiyə heç vaxt indi olduğu kimi aktiv dialoqda olmayıb

İrəvan və Ankara daimi əlaqə saxlayır, əlaqələr üçün heç bir maneə yoxdur. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-yə işgüzar səfəri çərçivəsində iştirak etdiyi Atlantik Şurasında çıxışı zamanı bildirib. “Əslində Türkiyə ilə əlaqələr üçün heç bir maneə yoxdur və biz daimi əlaqədəyik. Xarici işlər nazirlərimiz daim görüşür və söhbət edirlər, […]