Baş nazir seçkidə səs verdi – FOTOLAR

Oxunma vaxtı:23 Saniyə

Azərbaycanın Baş naziri Əli Əsədov 7 saylı Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsində səs verib.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləridir. Səsvermə ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 seçki məntəqəsində keçirilir. Bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var və 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır. Səsvermə 19:00-a qədər davam edəcək.

Loading

Next Post

Türk dünyasının liderləri Bakıya GƏLƏCƏK

Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci rəsmi Zirvə görüşü Azərbaycanda baş tutacaq. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib. Zirbə görüşünün tarixi dəqiq açıqlanmayıb. Hakan Fidan əlavə edib ki, qeyri-rəsmi Zirvə görüşü Macarıstanda keçiriləcək. Xatırladaq ki, TDT-nin 11-ci Zirvə görüşü ötən il noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə baş tutub. Təşkilatın […]