Nazirlik: Meymunçiçəyi virusuna qarşı antibiotiklərdən istifadə olunmamalıdır

DogruSozTv Az
Oxunma vaxtı:21 Saniyə

Meymunçiçəyi virusuna yoluxma halında antibiotiklərdən istifadə olunmamalıdır.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev virusla bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, antibiotiklərdən istifadə yalnız virusa yoluxmada hədsiz ağırlaşma halı baş versə, həkim məsləhəti ilə tətbiq oluna bilər:

“Meymunçiçəyi virus mənşəli xəstəlik olduğu üçün onun müalicəsində antibiotik istifadə olunmamalıdır. Çünki antibiotikdən istifadə sağalma periodunu gecikdirə bilər. Xəstənin ağırlaşma halında tətbiq olunsa belə, bu təkcə həkim göstərişi ilə edilməlidir”.

Loading

Next Post

Səfirliyimizə hücum edən Yasin edam ediləcək - TƏSDİQLƏNDİ

İranın Ali Məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib. Bu barədə İranın Məhkəmə və Ədliyyə sisteminin sözçüsü Əsgər Cəhangir deyib. O bildirib ki, iş Tehrana cinayət hökmlərinin icrasına göndərilib. Cəhangirin sözlərinə görə, ölən şəxsin valideynləri gəlib qisas tələb edən kimi edam icra olunacaq. Qeyd edək ki, […]