DTX-nin həbs etdiyi şəxsin məhkəməsi başladı

DogruSozTv Az
Oxunma vaxtı:29 Saniyə

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ifşa olunaraq həbs edilmiş Svetliçnıy İvan Nikolayeviç barədə Bakı Ağır Cinayətlər Məhkəməsində 21 yanvarda hakim Aygün Qurbanovanın sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

O, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittham olunur.

Azərbaycan vətəndaşı olan İvan Svetliçnıy Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə qəsdən casusluq formasında və xarici xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirməklə dövlətə xəyanət etməkdə şübhəli bilinir.

Onun konkret olaraq hansı əməlləri törətdiyi növbəti məhkəmə prosesində ittiham aktı elan olunarkən məlum olacaq.

Məhkəmə baxışı 3 fevral tarixinə təyin edilib.

Loading

Next Post

Bələdiyyə seçkiləri günü 18 yaşı tamam olan 153 seçiciyə xüsusi kartlar veriləcək

Azərbaycanda yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri günü 18 yaşı tamam olan ilk dəfə səs verəcək 153 seçiciyə xüsusi kartlar paylanacaq. Bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, budəfəki seçkilərdə ilk dəfə səs verəcək şəxslərin sayı 29 min 172 nəfərdir.