Xaçmazda yol qəzasında xəsarət alan sürücü ölüb

DogruSozTv Az
Oxunma vaxtı:37 Saniyə

Xaçmaz rayonunda baş verən yol qəzasında xəsarət alan sürücü ölüb.

Gəndob-Yalama avtomobil yolunun 27-ci km-də, magistralın Xaçmaz rayonunun Müşkür kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, Babayev Emil Çingiz oğlunun idarə etdiyi “İVECO” markalı iri tonnajlı yük avtomobili qarşıdan gələn “Ford” markalı yük maşını ilə toqquşub.

Nəticədə “Ford”un sürücüsü, 1998-ci il təvəllüdlü Qədirov Samil Emin oğlu ağır xəsarətlər alaraq deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları onu maşından çıxarıb təcili tibbi yardım briqadasına təhvil verib.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralanın vəziyyəti ağır olduğu üçün Bakıya göndərilsə də, o, yolda ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.(Report)

Faktla bağlı araşdırma aparılır.

Loading

Next Post

Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarlarında dəyişiklik edilib

“Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”nda dəyişiklik edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, sağlam təhsilalanların məktəbə qəbul tarixi aşağıdakı kateqoriyalardan olan uşaqları əhatə edəcək: