Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarlarında dəyişiklik edilib

DogruSozTv Az
Oxunma vaxtı:27 Saniyə

“Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”nda dəyişiklik edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, sağlam təhsilalanların məktəbə qəbul tarixi aşağıdakı kateqoriyalardan olan uşaqları əhatə edəcək:

  • ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri olan uşaqlar;
  • valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
  • hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan uşaqlar (orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, işsiz kimi qeydiyyatda olanlar, əmək pensiyası yaşına çatanlar).

Loading

Next Post

Bələdiyyə seçkiləri ilə əlaqədar 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb

Bələdiyyə seçkiləri ilə əlaqədar ölkə ərazisindəki 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) yanvarın 21-də keçirilən iclasında müzakirə olunub. MSK sədrinin müavini Rövzet Qasımovun təqdimatına əsasən, seçkidə aşkarlıq mühüm məsələ olduğundan, veb-kameralarla müşahidə aparılması önəmlidir: “İstənilən vətəndaş seçki prosesi ilə bağlı müfəssəl məlumat əldə edə […]