Əmək pensiyasının minimum məbləği fevralın 1-dən 320 manat müəyyən olunub

DogruSozTv Az
Oxunma vaxtı:27 Saniyə

Azərbaycanda əmək pensiyasının minimum məbləği fevralın 1-dən 320 manat məbləğində müəyyən olunub.

Bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi təklif olunub.

Dəyişiklik layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılacaq.

Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi “Əmək pensiyaları haqqında” qanunda edilməsi nəzərdə tutulan dəyişiklik də qeyd olunan müsbət proseslər çərçivəsində hazırlanıb.

Belə ki, layihədə təklif edilən dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği fevralın 1-dən 320 manat məbləğində müəyyən olunur.

Qeyd edək ki, bundan əvvəlki əmək pensiyasının minimum məbləği 280 manat məbləğində müəyyən edilmişdi.

Loading

Next Post

Makron hökumətinin keyfiyyətsiz medallarda əksini tapan “siması” - ŞƏRH

Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunları beş aydan çoxdur ki, tarixin yaddaşına qovuşub. Xoşagəlməz hadisələrlə, xüsusilə açılış mərasimindəki rüsvayçı səhnələrlə xatirələrdə dərin iz buraxan yarışla bağlı qanqaraldıcı olaylar isə səngimək bilmir. Artıq bir neçə aydır ki, medalların keyfiyyəti, daha doğrusu, keyfiyyətsizliyi ilə bağlı xəbərlər dünya mətbuatını bəzəyir. “Nəhəng iş”in nəticəsi […]