Bələdiyyə seçkiləri ilə əlaqədar 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb

DogruSozTv Az
Oxunma vaxtı:35 Saniyə

Bələdiyyə seçkiləri ilə əlaqədar ölkə ərazisindəki 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) yanvarın 21-də keçirilən iclasında müzakirə olunub.

MSK sədrinin müavini Rövzet Qasımovun təqdimatına əsasən, seçkidə aşkarlıq mühüm məsələ olduğundan, veb-kameralarla müşahidə aparılması önəmlidir:

“İstənilən vətəndaş seçki prosesi ilə bağlı müfəssəl məlumat əldə edə biləcək. Seçki prosesində veb-kameralardan istifadə ölkədə 2008-ci ildən uğurla həyata keçirilən layihədir.

Keyfiyyətli və vasitəsiz yayım üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Parlament seçkilərində məntəqələrdə veb-kameraların quraşdırılması parametrlərində dəyişiklik edilib. 89 seçki məntəqəsinin məlumatlarında dəyişikliklər olub.

62 seçki məntəqəsinin nömrəsi dəyişdirilib. 15 seçki məntəqəsində isə veb-kameraların quraşdırılması tamamilə yeni məsələdir. Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı dərc edilir”.

Loading

Next Post

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 3. Babək prospekti, mərkəz istiqamətində; 4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi […]