Sabahın havası açıqlandı

DogruSozTv Az
Oxunma vaxtı:37 Saniyə

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın əksər rayonlarında isə hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Loading

Next Post

Prezidentdən Afaq Məsudla bağlı - Sərəncam

Xalq yazıçısı, Əməkdar incəsənət xadimi Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla təqaüd Afaq Məsud qızı Vəliyevaya (Afaq Məsuda) Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə verilib.