İlqar Mustafayevin həbs müddəti uzadıldı

DogruSozTv Az
Oxunma vaxtı:26 Saniyə

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin korrupsiya ittihamı ilə həbs edilmiş sabiq sədri İlqar Mustafayevin cinayət işi üzrə 4 aylıq ilkin araşdırma müddəti kifayət etməyib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sözügedən səbəbdən prokuror məhkəməyə təqdimat verib.

Təqdimatda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin daha bir neçə ay uzadılması istənilib. Məhkəmə təqdimatı təmin edib.

Qərara əsasən, İlqar Mustafayevin həbs müddəti 4 ay uzadılıb.

Qeyd edək ki, İ. Mustafayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. O, 2 milyondan çox mənimsəmədə ittiham edilir.

Loading

Next Post

SİMA həmin mesajlarla bağlı açıqlama yaydı

Bu gün SİMA İmza istifadəçilərinə səhvən bildirişlər gedib. Bu barədə vətəndaşlar sosial şəbəkələrdə paylaşımlar ediblər. Bəziləri hətta bildiriş mesajlarının bir neçə dəfə gəldiyini qeyd ediblər.  Yenixeber.org xəbər verir ki, məsələ ilə bağlı SİMA açıqlama yayıb. Bildirilib ki, bu hal səhvən baş verib: “Hörmətli SİMA İmza istifadəçiləri, nəzərinizə çatdıraq ki, SİMA İmza tətbiqində […]