KİV: Dohada “Mossad” rəhbərinin girovlarla bağlı danışıqlarında irəliləyiş əldə olunub

Oxunma vaxtı:28 Saniyə

İsrailin “Mossad” kəşfiyyat xidmətinin rəhbəri David Barneanın iştirakı ilə Dohada keçirilən danışıqlarda Fələstinin radikal “HƏMAS” hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsi üzrə irəliləyiş əldə edilib.

Bu barədə “Walla” xəbər portalı yüksək rütbəli İsrail rəsmisinə istinadən məlumat yayıb.

Rəsmi şəxs qeyd edib ki, Dohada aparılan danışıqlar zamanı irəliləyiş əldə edilib və Barnea Qətərdən sövdələşmənin mümkün olduğuna dair müsbət hisslə qayıdıb.

Qeyd edək ki, Livanda əldə olunan atəşkəsdən sonra Qətər, ABŞ və Misirin vasitəçiliyi ilə “HƏMAS”la razılaşmaya dair danışıqlar yenidən başlayıb. Son regional hadisələr isə danışıqlara yeni təkan verib və rəsmilər razılıqların əldə olunacağına nikbindirlər.

Loading

Next Post

DYP əlverişsiz hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Müraciətdə bildirilib ki, sinoptiklərin verdiyi məlumata əsasən, bu gündən başlayaraq dekabrın 15-dək ölkə ərazisində havanın temperaturunun aşağı enəcəyi, Bakıda və Abşeron yarımadasında külək müşahidə olunan yağış […]